Accessibility links

Almaniyanın yeni kansleri Fransadadır


Almaniyanın yeni lideri Ancela Merkel və Fransa prezidenti Jak Şirak iki ölkə arasındakı yaxın əlaqələri bir daha təsdiq ediblər. Bu gün Paris görüşü zamanı xanım Merkel deyib ki, sələfi kansler Gerhard Şröyderin ənənəsini davam etdirərək, vaxtaşırı prezident Şirakla görüşlər keçirəcək. Fransa prezidenti Şirak Fransa və Almaniyanın Avropaya dair ortaq fikirlərə malik olduqlarını və Avropa Birliyinin gücünün ölkələr arasındakı yaxın əlaqələrdən asılı olduğunu bildirib. Qeyd edək ki, bu, kansler kimi Ancela Merkelin ilk xarici səfəridir.
XS
SM
MD
LG