Accessibility links

Fələstin Muxtar idarəsi  Qəzzə ilə Misir arasındakı sərhəd keçidinin nəzarətini rəsmən öz əlinə alıb.


Fələstin Muxtar idarəsi Qəzzə ilə Misir arasındakı sərhəd keçidinin nəzarətini rəsmən öz əlinə alıb. Amerikanın səsinin Qüdsdəki müxbiri Jim Teeple xəbər verir.

Bu gün Fələstin Muxtar idarəsinin prezidenti Mahmud Abbas simvolik olaraq posportunu sərhəd keşikçisinə təqdim etdikdən sonra, sərhəddən keçib və onun rəsmən açıldışını elan edib. Fələstinlilər bu sərhəd vasitəsilə həm Misrə, həm də, başqa xarici ölkələrə də səfər edə bilərlər. Beləki Qəzzədəki Rafah səhəd keçidi beynəlxalq bir sərhəddir. Cənab Mahmud Abbas Fələstin rəsmilərinin, diplomatların və müxbirlərin qarşısında etdiyi çıxışında səhəddin açılmasını Fələstinin özünü idarə etmək üçün mühün bir addım kimi dəyərləndirib. Fələstinlilər bu sərhədin açılması ilə ölkələrinin iqtisadi inkişafına xidmət göstərəcəyinə ümid bəsləyirlər. Sərhəd şənbə günü 4 saat ərzində açıq olacaq. Fələstinin rəmiləri deyirlər ki, bütün Avropanın 70 müşahidəçisi sərhəddə gəldikdən sonra sərhədin açılış saatı artırılacaq. Keçən sentyabrda İsrail Qəzzə zolalğından hərbi qüvvələrini çıxartdıqdan sonra da Rafah sərhəd keçidinin açılışına razılıq vermirdi. ABŞ-ın Dövlət Kastibi Xanım Rays bu yaxınlarda İsrail və Fələstinə etdiyi səfərləri zamanı Qəzzə ilə Misir arasındakı sərhədinin yenidən açılması barədə tərəflərin razılığını əldə etmişdi.

XS
SM
MD
LG