Accessibility links

Prezident Buş Amerika xalqına təşəkkürünü bildirmişdir


Ənənəvi həftəlik radio müraciətində prezident Buş bu gün Amerika xalqını Şükran bayramı münasibətilə təbrik etmiş, İraqda, Əfqanıstanda və digər ölkələrdə demokratiya və azadlıq uğrunda mübarizə aparan Amerika hərbi qüvvələrinə təşəkkürünü bildirmişdir. O, İraq və Əfqanıstan müharibələrində həlak olan əsgərlərin ailələrinə başsağlığı vermiş və dərin kədərini bildirmişdir.

Şükran bayramını Texasdakı rançında keçirən cənab Buş eləcə də, amerikalıların Katrina və Rita qasırğalarından ziyan çəkmiş qonşularına yardımını yüksək qiymətləndirmiş, Amerika xalqını keçə ay Pakistanda, Hindistanda və Əfqanıstanda baş verən zəlzələ nəticəsində milyonlarla evsiz-eşiksiz insanlara köməyə çağırmışdır.

XS
SM
MD
LG