Accessibility links

Çeçenistanda parlament seçkiləri keçirilir


Rusiyanın uzun zaman müharibədən əziyyət çəkən cənubi Çeçenistan respublikasında bu gün parlament seçkiləri keçirilir. Bu səsvermə 1999-cu ildə Moskvanın region üzərində nəzarəti ələ almasından sonra keçirilən ilk parlament seçkiləridir. Seçicilər yerli Məclisə 350 namizəd arasından 58 nümayəndə seçəcəklər. Çeçen prezidenti Əli Alxanovun bildiridiynə görə səsvermə sakit keçir və seçkilərin baş tutması üçün tələb olunan 25 faizlik kvorum artıq əldə olunub. Minlərlə Rusiya təhlükəsizlik qüvvələri qayda-qanunu gözləyir. Lakin beynəlxalq müşahidəçilər səsvermənin azad və ədalətli keçməsi üçün şəraitin mövcud olmamasından narahatdırlar. Kremlpərəst Çeçen rəsmiləri bu günün seçkilərini ölkədə sülh və sabitliyin bərqərar olması üçün mühüm addım hesab edirlər. Onillik müharibədən sonra Çeçenistanda gündəlik zorakılıq halları, işsizlik və yoxsulluq geniş yer alıb.
XS
SM
MD
LG