Accessibility links

Səddam Hüseyn və digər 7 müttəhimin məhkəməsi  gələn bazar ertəsinədək təxirə salındı.


İraq diktatoru Səddam Hüseyn və digər 7 müttəhimin məhkəməsi gələn bazar ertəsinədək təxirə salındı. Bu, iki vəkilin əvəz edilməsinə vaxt verilməsi məqsədi ilə edilib. Baş hakim Rizqar Məhəmməd Amin müttəhimlərdən biri-keçmiş vitse-prezident Taha Tasin Ramazanın məhkəmənin təyin etdiyi vəkili qəbul etmək istəmədiyini bildirməsindən sonra məhkəmənin daha bir həftə təxirə salınmasına dair hökm çıxardı. Vəkillər məhkəmənin 30 gün təxirə salınmasını tələb etmiş, lakin baş hakim tələbi rədd etmişdi. Qeyd edək ki, bu gün başlanacaq prosesin cümə axşamı gününədək davam etdirilməsi nəzərdə tutulurdu. Vitse-prezident Ramazanın vəkili noyabr ayının 8-i naməlum şəxslər tərəfindən qətlə yetiirlmişdi. Bəs partiyasının keçmiş üzvü Əvad Əl-Bəndərin vəkilinin cəsədi isə 3 həftə əvvəl aşkar edilmişdi. Digər müttəhimin vəkili isə hədə-qorxu və xəbərdarlıqlardan sonra ölkədən çaqmalı olmuşdu. Xatırladaq ki, Səddam Hüseyn 148 şiə müsəlmanın qətlində ittiham edilir.

XS
SM
MD
LG