Accessibility links

Konstitutsiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib.


Bu gün Azərbaycanın Konstitutsiya Məhkəməsi ötən ay keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiqləyib. Müxalifət həmin seçkilərin saxtalaşdırıldığını deyir. Məhkəmənin bu günkü qərarına əsasən hakim Yeni Azərbaycan Partiyasından qalib gələnlərin sayı 58-dən 56-ya, müxalifət qaliblərinin sayı isə 10-dan 8-ə endirilib. İki müstəqil parlamentar Milli Məclisdə yerlərini itirib. Məhkəmə 6 dairədə seçkilərin yenidən keçirilməsinə qərar verib, amma bunun dəqiq tarixi müəyyən edilməyib. Minlərlə müxalifət tərəfdarları dəfələrlə Bakıda nümayiş keçirərək seçkilərin nəticələrinə etiraz ediblər. Polis ötən Şənbə müxalifətin nümayişini dağıdaraq 20 nəfəri həbs etdi. Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı bəzi irəliləyişlərə baxmayaraq seçkilərin beynəlxalq standardlara uyğun gəlmədiyini bildirib.

XS
SM
MD
LG