Accessibility links

Faluca şəhərinin yaxınlığında  yol kənarında yerləşdirilən bomba partlayışı nəticəsində  10 Amerika əsgəri həlak olub


Bağdadın qərbində Faluca şəhərinin yaxınlığında yol kənarında yerləşdirilən bomba partlayışı nəticəsində 10 Amerika əsgəri həlak olub və 11- əsgər isə bədən xəsarəti alınb. Amerika hərbi rəsmilərinin bəyanatında qeyd edilib ki, partlayış məntəqədə əsgərlər piyadə keşik çəkdikləri vaxtda baş verib. Bu arada 500 qədər Amerika və İraq əsgərinin Faluca şəhərinin qərbindəki Ramadi şəhərində İraqdakı Əl-Qaida terrorçularına qarşı yeni hərbi əməliyyatı başlayıb. Bu Fərat çayı vadisində Əl-Qaida terrorçularına qarşı həyata keçirilən beşinci hərbi əməliyyatdır. Bu arada Bağdadda yüzlərlə şiə və sünni təriqət zorakılığa etiraz əlaməti olaraq birlikdə nümayiş təşkil ediblər. Onlar həmçinin şiələrin nəzarətindəki hökumət həbsxanalarında sünni ərəblər ilə olan raftarı pisləyiblər.

XS
SM
MD
LG