Accessibility links

Suriya kəşfiyyat idarəsinin yerləşdiyi şəhərdə kütləvi qəbir tapılıb


Livan qüvvələri keçmişdə Suriya kəşfiyyat idarəsinin iqamətgahının yerləşdiyi şəhərdə kütləvi qəbir aşkar ediblər. Beka Vadisində yerləşən Əncər qəsəbəsində ən azı 20 adamın qalıqları torpaqdan çıxarılıb. Rəsmilər deyirlər ki, cəsədlər burada artıq bir müddətdir ki, dəfn edilib və onların əsasən sümüklərdən ibarət olan qalıqları DNK testi üçün laboratoriyaya göndəriləcək. Şəhər sakinləri qəbri aşkar etdikdən sonra polis orqanlarına məlumat veriblər. Qeyd edək ki, Suriya aprel ayında qoşunlarını Livandan çıxaranadək həmin ölkədə dominant rol oynayırdı. Livanın sabiq baş naziri Rafik Həririnin öldürülməsində günahlandırılan Dəməşq beynəlxalq təzyiqlər altında sonradan Livanı tərk etməli oldu.
XS
SM
MD
LG