Accessibility links

Amerika qoşunlarının İraqdan çıxarılması üçün konkret tarixin müəyyənləşməsi üzərində debat davam edir.


Amerika qoşunlarının İraqdan çıxarılması üçün konkret tarixin müəyyənləşməsi üzərində debat davam edir. Demokrat partiyasının liderləri Prezident Corc Buşdan Amerika qoşunlarını həmin ölkədən çıxarmağı tələb edirlər. Bazar günü Konqres üzvü Con Murta bu təşəbbüsə sürət əlavə edərək Amerika qüvvələrinin Yaxın Şərqin başqa ölkələrə köçürülməsinə çağırıb. Mən bilirəm ki, İraqlıların heç kimdən, ələlxüsus da bizdən xoşları gəlmir, deyə o bildirib. Lakin Amerika milli təhlükəsizlik işləri üzrə müşavir Steven Hadley ötən həftəsonu bir neçə telekanala verdiyi müsahibədə qoşunların İraqdan indi çıxarılmasının Amerikanı təhlükəsiz etməyəcəyini deyib. Onun fikrincə qüvvələri indi İraqdan çıxarmaqla, Birləşmiş Ştatlar həmin ölkəni Zərqavi kimi qatı anti-Amerika təmayüllü terrorçuların ümdəsinə buraxmış olacaq.
XS
SM
MD
LG