Accessibility links

müharibədən qayıtmış çoxlu sayda veteranlar fiziki travmadan tutmuş psixoloji stressədək bir sıra problemlərlə üzləşirlər.


İraqda xidmət edən Amerika qüvvələrinin gələcəyi haqda debat davam etdikdcə müharibədən qayıtmış çoxlu sayda veteranlar fiziki travmadan tutmuş psixoloji stressədək bir sıra problemlərlə üzləşirlər. Arizona ştatında hindu mənşəli əsgərlərin müalicəsi üçün qədim hindu təbabətindən istifadə edilir. Navaholu təbabət ustası Albert Lafter əsgərlərin qayğısına 5 nəsil əvvəl hindu döyüşçülərinə tətbiq edilən üsullarla qalır ki, buraya ədavalar, mahnılar və dini mərasimlər daxildir. Amma əcdadlarından fərqli olaraq Lafter federal hökumətin kontraktlı işçisidir. Onun tibb ləvazimatları qartal lələyi, qarğıdalı yemi və başqa bitkilərdən ibartə olan kiçik dəri kisəciklərdə gəlir. Lafterin xidmətləri Veteran İşləri Departamentinin proqramı tərkibində həyata keçirilir. Həmin proqramın hədəfi kontuziyadan əzab çəkən original Amerikalı veteranların müalicəsidir

XS
SM
MD
LG