Accessibility links

S.Miloşeviç müayinə üşün Moskvaya getmək istəyir


Yuqoslaviyanın sabiq prezidenti Slobodan Miloşeviç BMT-nin müharibə cinayətləri üzrə tirbunalından tibbi müayinə üçün Moskvaya səfər etməsinə icazə verilməsini istəyib. Ciddi sağlamlıq problemləri ilə üzləşən Miloşeviç bu gün Haaqa tirbunalına məhkəməyə bu ayın sonunda yenidən başlanmasına qədər qayıdacağını bildirib. Hakim qayıdacağına zəmanət və onun səfəri zamanı nəzarət altında olacağına dair müraciətin yazılı şəkildə məhkəməyə verilməli olduğunu deyib. xatrıladaq ki, Slobodan Miloşeviç 1990-cı illər balkan münaqişəsindəki roluna görə 60 cinayət maddəsi üzrə ittiham edilir.
XS
SM
MD
LG