Accessibility links

Iran parlamenti müdafiə nazirinin vəzifədən kənarlaşdırılmasını istəyir


Iran parlamentinin 49 üzvünün, hərbi nəqliyyat təyyarəsi qəzası ilə əlaqədar olaraq müdafiyə nazirinin vəzifədən kənarlaşdırılması barədə verdikləri təklifə baxılması parlamentin sədri tərəfindən qəbul edilib. İranın qanunvericilik prosedurlarına görə Müdafiyə Naziri Mustafa Məhəmməd Nacar əvvəlcə qanunvericilərin qəzayla əlaqədar suallarına cavab verəcək. Bundan sonra isə parlament onun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edəcək. İranın qanunvericiləri C-130 növlü hərbi nəqliyyat təyyarəsinin göyə qalxmasınının bir neçə saat təxirə salınmasının və texniki təhlükəsizlik tədbirləri görülmədən uçmasına imkan verilməsinin səbəblərini öyrənmək istəyirlər. Qəzada ölən bir sərnişinin həyat yoldaşı söyləyib ki, onun əri Təyyarənin uçmasından əvvəl mobil telefondan zəng edərək təyyarənin üç saat uçuş zolağında gözlədiyini və pilotun texniki təhlükəsizlik qayğılarına görə uçmağı rədd etdiyini söyləyib.
XS
SM
MD
LG