Accessibility links

Rusiya Şərqi Asiya dövlətlərinin sammitinə qoşulmaq istəyir


Rusiya prezidenti Vladimir Putin öz hökumətinin Şərqi Asiya ilə münasibətlərini genişləndirmək istədiyini söyləyib. O, bunu 16 liderin iştirakı ilə Malayziyada keçirilən sammitdə deyib. Rusiya prezidenti Vladirmir Putin öz hökumətinin ticarət, təhlükəsizlik, enerji və təhsil sahəsində maraqlarının genişlənməsi haqda istəklərini Şərqi Asiya sammitinə müraciətində dilə gətirmişdir. Qeyd edək ki, Asiya sammitini keçirən ASEAN Təşkilatına Cənub-Şərqi Asia Assosiasiyasının 10 nümayəndəliyi, eləcə də Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya və Yeni Zenlandiya daxildir.

Sammitin sədri, Malayzanın baş naziri Abdulla Badavi Rusiyanın sammitdə iştirakını səmərəli adlandırıb. O deyib: “Rusiya ilə biz Yaxın Şərqdə vəziyyət və Koreya yarımadasındakı situasiya da daxil edilməklə beynəlxalq məsələləri müzakirə etdik. Eləcə də onun Çin, Cənubi Koreya və Yaponiya numayəndələri ilə danışıqları oldu.”

ASEAN Təşkilatı ilə Rusiya partnyorluq və əlaqələrin inkişafı üzərində razılıq imzaladı. Bəzi Şərqi Asya dövlətləri Rusiya ilə neft və qazla əlaqədar münasibətləri, eləcə də, Asiyanın istehsal etdiyi məhsulların Rusiyada satışını genişləndirmək istəyir.

XS
SM
MD
LG