Accessibility links

Hüquq müdafiəçiləri açlıq tətili keçirir


Amerikanın Quantanamo körfəzindəki hərbi bazası yaxınlığında etiraz aksiyası keçirən insan hüquqları müdafiəçiləri buradakı həbsxanada saxlanılan məhbusların şəraiti ilə tanışlığı tələb edilrər. İşgəncələrə qarşı Şahidlər Xristian Qrupu Kubanın Santiyeqo şəhərində 5 günlük yürüşdən sonra aclıq tətilinə başlayıb. 107 km-lik yürüşün iştirakçıları bazalara daxil olmaq tələbinin cavabsız qaldığını bidlirirlər. Aksiya iştirakçıları tələblərinə cavab verilənədək Amerikaya qayıtmaq niyyətində olmadığını deyirlər. Qeyd edək ki, 25 etirazçıdan 3-ü artıq ABŞ-a qayıtmış, qalan 22 nəfər isə yalnız su içilməsi ilə keçirdikləri aclıq tətilini davam etdirirlər. Terrorizmdə şübhələnilən məhbusların Amerika hərbiçiləri tərəfindən işgəncələrə məruz qaldığına dair mübahisələr simvoluna çevrilən bu məhbəsdə 32 məhbus aclıq tətilindədir.
XS
SM
MD
LG