Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Haviyer Solana xəbərdarlıq edib ki, əgər qarşıdan gələn Fələstin seçkilərində Hamas militantları qalib gəlsələr onda birlik əraziyə milyonlarla dollar yardımını dayandıracaq. İsraili məhv etməyi qarşısına məqsəd qoymuş Hamas təşkilatı rəy sorğularına əsasən yanvarın 25-də keçiriləcək seçkilərdə çoxlu yer əldə edə bilər. 2006-cı ildə isə Avropa Birliyi Fələstinə 300 milyon dollar ayırmağı nəzərədə tutur.