Accessibility links

Prezident Buş İraqda kəşfiyyatla əlaqədar səhvlərin olduğunu deyir


Prezident Buş bu gün təşkil etdiyi mətbuat konfransında İraqda kəşfiyyatla əlaqədar səhvlərin İranın nüvə proqramı kimi məsələləri xalqa açıqlamağı çətinləşdirdiyini deyib. O söyləyib ki, İraqın kütləvi qırğın silahları barədəki kəşfiyyat səhfindən sonra ABŞ-ın kəşfiyyat idarələri vəziyyətə yenidən qiymət vermişlər. O deyib ki, diplomatiya fəaliyyətini yaxşı aparmaq üçün kəşfiyyatın etibarlı olmasına ehtiyac var.

Amerika Prezidenti mətbuat konfransında İranın nüvə proqramı məsələsinə də toxunaraq deyib ki, beynəlxalq ictimaiyyət bir məsələni qəbul edir ki, İran nüvə silahına malik olmamalıdır.

Corg Buş Milli Təhlükəsizlik qayğılarına görə, Amerika vətəndaşlarının telefon söhbətlərinin dinlənilməsi və e-maillərinin oxunması ilə əlaqədar təngidlərə cavab olaraq öz səlahiyyətlərinin sərhəddi olduğunu və diktator səlahiyyətlərinə məlik olmadığını söyləyib. O, administrasiyanın bütün fəaliyyətlər barədə konqresə məlumat verdiyini qeyd edib.

XS
SM
MD
LG