Accessibility links

Sərhədsiz Reportyorlar Təşkilatı illik hesabatını açıqlayıb


Sərhədsiz Reportyorlar Təşkilatı 2005-ci il dünyada mətbuat azadlığının vəziyyətinə dair illik hasabatını açıqlayıb. Hesabatın Azərbaycandakı vəziyyətə dair hissəsində deyilir ki, 2003-cü il prezident seçkilərindən sonra müxalifət tərəfdarı qəzet və jurnal müxbirlərinə təzyiqlər artmış, 2004-cü ildə jurnalistlərə qarşı hücumların məsulları cəzasız qalmışdır. Hesabatda gündəlik “Bakı Xəbər”in redaktoru Aydın Guliyevin oğurlanıb döyülməsi, həftəlik “Monitor” jurnalının müxbiri Elmar Hüseynovun qətli, həmin jurnalın müxbiri Eynulla Fətullayevin döyülməsi, “Azadlıq” qəzetinin müxbiri Məhəmməd Rzayevin oğurlanıb döyülməsi və başqa faktlar göstərilir.

Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun sifarişli qətli ilə bağlı istintaqın gedişindən söhbət açılıb. Təşkilt üzvləri aprel ayının 6-dan 9-na qədər Bakıda prezident İlham Əliyevlə, daxili işlər naziri Ramil Usubovla, baş prokurorun müavini Ramiz Rzayevlə, jurnalistin həyat yoldaşı, vəkili və həmkarları ilə görüşmüşlər. Azərbaycanda olduqları müddət ərzində Norveç və Fransa səfirləri, habelə Avropa Birliyinin Bakı nümayəndələri ilə görüşlər keçirən təşkilatın hesabatında bildirilir ki, Amerikanın Federal Təhqiqat Bürosu və Türkiyə polisinin yardımı ilə aparılan istintaq prosedur baxımından qaneedici hesab edilə bilər. İstintaq zamanı qətldə əlləri olan Gürcüstan əsilli Turqay Bayramovun və axtarışda olan bir nömrəli şübhəli Tahir Xubanovun adları çəkilir.

XS
SM
MD
LG