Accessibility links

Nyu-Yorkda tətil davam edir


Nyu-York şəhərinin nəqliyyat sistemində tətillər şəhər sakinlərinin vəziyyətini havanın soyuması ilə daha da ağırlaşdırmışdır. Yerli rəsmilər və Həmkarlar İttifaqlarının vəkilləri isə məhkəməyə qayıdır. Dünən məhkəmə hakimi Həmkarlar İttifaqına tətilin hər bir gününə görə 1 milyon dollar cərimə kəsib. Xatırladaq ki, tətil keçirənlər təqaüd yaşının 55-də və səhiyyə sığırtalarının saxlanmasını tələb edirlər. Şəhər rəsmiləri tətilin bir gününün biznes və insanlara 400 milyon dollara başa gəldiyini bildirir. Təxminlərə görə, tətil bir həftə davam etsə, şəhər iqtisadiyyatına 1.6 milyard dollar məbləğində zərər vuracaq.
XS
SM
MD
LG