Accessibility links

D.Ramsfild Pakistandadır


ABŞ-ın müdafiə naziri Donald Ramsfild Əfqanıstanda olarkən Amerikanın o ölkədəki hərbi qüvvələrinin ixtisarı barədə qərarı müdafiə etmişdir. Nazir bunun Amerikanın maraqları və Əfqanıstandakı fəaliyyətlərlə uyğun olduğunu demişdir. Ölkə prezidenti Həmid Karzayla birgə mətbuat konfransında Donald Ramsfild Amerikanın Əfqanıstanda hələ də ən böyük qüvvəyə malik olan ölkə olduğunu bildirdmişdir. Əfqanıstandan Pakistana yola düşən müdafiə naziri Donald Ramsfild Üsama Bin-Ladenin Əl-Qaidə terror şəbəkəsinə başçılıq etdiyinə inanmadığını deyib. O, artıq bir ildir ki, Üsama Bin-Ladenin ictimaiyyət qarşısına çıxmadığının maraqlı olduğunu bildirib. ABŞ-ın hava qüvvələri təyyarəsində müxbirlərlə söhbəti zamanı müdafiə naziri deyib ki, əgər Üsama Bin-Laden sağdırsa, o ələ keçməmək üçün fəaliyyətini dayandırıb. ABŞ-ın müdafiə naziri şübhələri ilə yanaşı, bütün bunlardan əmin olmadığını bildirib. Donald Ramsfild Amerikanın Pakistandakı 850 əsgərdən ibarət hərbi qüvvəsi ilə görüşmüşdür. ABŞ qüvvələri oktyabrın 8-i baş verən zəlzələdən sonra humanitar yardım əməliyyatlarında iştirak edir.
XS
SM
MD
LG