Accessibility links

Nyu-York tətilinin təşkilatçıları məhkəməyə çağırılıb


Nyu-York şəhərinin nəqliyyat sistemində tətillər Həmkarlar İttifaqının liderləri və nəqliyyat işçilərinə qarşı təzyiqlərlə davam edir. Şəhər meri Maykl Blumberq tətillərin hər kəsə təsir etdiyini deyib. Mer tətilin restoran bizneslərinə 40, muzeylərə 8, böyük ticarət mərkəzlərinə isə 90 faiz ziyan vurduğunu bildirib. Nyu-York ştatının Ali Məhkəməsi tətilin hər bir günənə görə 20 milyon dollar məbləğində cərimə edilən Həmkarlar İttifaqının prezidenti Roger Tusant və digər rəsmilərini məhkəməyə çağırıb.
XS
SM
MD
LG