Accessibility links

Rusiyanın Dövlət Duması yeni qərar qəbul edib


Rusiya parlamentinin aşağı palatası qeyri-hökumət təşkilatlarının fəaliyyətini qadağan edən qanunu təsdiq edib. Sənəd bu gün Dövlət Dumasınında 357 leyhinə, 20 əleyhinə səslə təsdiq edilib. Qanun Rusiyadakı bütün təşkilatların yenidən qeydiyyatdan keçməsi, əks təqdirdə bağlanmasını tələb edir. Bu, həm də xarici fondlardan istifadə edilməsinə də ciddi məhdudiyyətlər qoyur. Qərar qeyri-hökumət təşkilarları və qərb hökumətlərinin kəskin tənqidi ilə üzləşib. Addım mülki hüquqların pozulması kimi qiymətləndirilir.

XS
SM
MD
LG