Accessibility links

Özbəkistanın daxili işlər naziri istefa verib


Özbəkistanın may ayı Əndican şəhərində yüzlərlə nümayişçiyə qarşı qəddar ölçülərə görə günahlandırılan daxili işlər naziri Zokircon Almatov istefa verib. Avropa Birliyi cənab Almatov və digər rəsmiləri nümayişçilərə qarşı qüvvələrdən istifadə görə ittiham etmiş, Özbəkistanın birliyə üzvlüyünü qadağan etmişdir. Hökümət isə qarşıdurmanın silahlı islam militantları və təhlükəszlik qüvvələri arasında baş verdiyini, nəticədə 187 adamın öldüyünü bildirir. Qeyd edək ki, nümayişlərdən sağ çıxanların məhkəmələri və cəzalandırılmaları davam etdirilir. Dünən Ali Məhkəmə 10-la 18 il arasında 37 adamı azadlıqdan məhrum etmişdir.

XS
SM
MD
LG