Accessibility links

Y.Qanuni prezident Karzaya dəstək verir


Əfqanıstan parlamentinin yeni spikeri, müxalifət lideri Yunus Qanuni iki vəzifəni icra etmək istəmədiyini və müxalifətə yeni lider seçilməli olduğunu bildirib. Bu gün təşkil etdiyi mətbuat konfransında cənab Qanuni spiker kimi çalışmaq istədiyini və prezident Həmid Karzayın 25 il müharibələrə səhnə olan ölkəsinin yenidənqurma səylərinə dəstək verəcəyini deyib. O, parlament, ədliyyə sistemi və hökumətin digər orqanlarını əfqan xalqına xidmət göstərmək və ölkənin milli maraqlarını qarşılamaq üçün əməkdaşlığa səsləyib. Spikerin bəyanatları hökumətlə rəqib fraksiyalar arasında müttəfiqlik yaratmaq istəyən prezident Həmid Karzaya böyük dəstəkdir.
XS
SM
MD
LG