Accessibility links

Rusiya İrana uran emalına dair plan təqdim edib


Rəsmi Moskva deyir ki, o, İran hökumətinə uran emalının Rusiyaya köçürülməsi haqda plan təqdim edib. Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bildirib ki, Rusiyanın Tehrandakı səfirliyi uran zənginləşdirilməsi yönümündə Rusiya-İran birgə müəssisəsinin yaradılması ilə bağlı təklif paketini İslam Respublikası rəsmilərinə təqdim edib. Əvvəllər İran Rusiyanın bu növ təkliflərini rədd edərək bəyan edib ki, onun uran zənginləşdirməyə və nüvə yanacağı istehsal etməyə hüququ var. Birləşmiş Ştatlar və Avropa isə Tehranın bu proqramdan istifadə edərək atom bombası əldə etməsindən narahatdırlar.
XS
SM
MD
LG