Accessibility links

Sunami qurbanlarının xatirəsi anılıb


Hind okeanı hövzəsi ölkələrində on minlərlə insan ibadət yerləri və sahillərdə bir bundan əvvəl baş vermiş dəhşətli sunami qurbanlarının xatirəsini yad etmişlər. İndoneziyanın Açeh vilayətində həlak olmuş 169000 nəfərin anım mərasiminin bir hissəsi kimi yeni işlənmiş sunami xəbərdarlıq sirenasından istifadə etmişlər. Anım mərasimləri Şri-Lanka, Hindistan, Malaysiya və 500 nəfər vətandaşını itirmiş İsveçdə keçirilmişdir. Faciə zamanı itkin düşənlərin arasında 2500 nəfər avropalı turist olub. Qlobal faciə nəticəsində bəzi yaşayış məntəqələri tamamilə məhv olmuş, yüz minlərlə insan evsiz-işiksiz qalmışdır. Bu qün dünya liderləri anım mərasimlərinə qoşularaq sunami qurbanlarını yad etmişlər. Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan Açeh vilayətinin sakinlərinə müraciətində deyib ki, göstərilən yardımlar və səylərin miqyasına baxmayaraq, əziyyət çəkən insanlar hələ də çoxdur.
XS
SM
MD
LG