Accessibility links

Keçən ilin siyasi hadisələri


İyul ayının 7-si Londonun nəqliyyat sistemi terror hücuma məruz qaldı. 50 saniyə ərzində baş verən üç partlayış səhər insanların işə tələsdikləri vaxt baş verdi. Avtobusda həyata keçirilən dördüncü parlayış bir saat sonraya təsadüf edirdi. Hücumlar 56 adamın ölümü 700-ə yaxın insanın yaralanması ilə nəticələnmişdi. Bunlar, İkinci Dünya Müharibəsindən sonra Londonda həyata keçirilən ən böyük tələfatlı hücumlar idi.

Livandakı terror hücumu Yaxın Şərqin ən böyük siyasi təlatümünü yaratdı. Fevral ayında Livanın sabiq baş naziri Rafiq Həriri və digər 20 adam bu dəhşətin qurbanı oldu.

Suriyanı diqqət mərkəzinə çənkən qətllər BMT-nin beynəlxlaq istintaqı dəstəklənməsi ilə nəticələnmişdir. Beyrut kütləvi etiraz aksiyalarına səhnə olmuş, Suriya qüvvələri ölkədən xaric edilmişdir. Beynəlxaql təzyiqlər altında Dəməşq aprel ayında Livandakı 30 illik mövcudluğa son qoymalı olmuşdu.

Qonşu İsrailin bayraqları Fələstin ərazilərinin 38 illik işğalının sona çatması ilə Qəzza zolağında endirilmişdi. İsrailin sülh prosesini canlandırması səyləri çərçivəsində 9 minə yaxın yəhudi sakin Qəzza və İordan çayının qərb sahilindəki evlərindən çıxarılmışdır.

İraq Yaxın Şərqin ən qızğın xəbər mərkəzi olaraq qalır. Zorakılıqların davam etməsinə baxmayaraq, bu ölkədə Milli Məclisin təşkili, daimi konstitusiyanın təsisi həyata keçirilir. Oktyabr ayında İraq xalqı böyük əksəriyyətlə oktyabr ayı referendumuna müsbət səs vermişdir. Bu ilin siyasi proselərinin cərəyanı bu hadisə ilə başa çatır.

XS
SM
MD
LG