Accessibility links

İsrail Livandakı Fələstin militantlarının düşərgəsinə zərbələr endirib


Bu gün erkən İsrail hava qüvvələri Livanda Fələstin militantlarına təlim keçən düşərgəyə zərbələr endirib. Bu hücum İsrailin sərhəddə yerləşən məntəqəsi raket atəşinə məruz qaldıqdan sonra baş verib. İsrail hərbiçiləri bildirir ki, Beyrutun cənubunda yerləşən bu baza Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi adlanan militant qrup tərəfindən idarə olunur. Deyilənə görə, qrupun iki üzvü yaralanıb.

Bu arada İsrail təyyarələri Qəzza Zolağına vərəqələr yayaraq mülki vətəndaşlara militantların İsrail ərazisinə raket atmaq üçün istifadə etdikləri zonaya daxil olmamaq haqda xəbərdarlıq etmişlər.

XS
SM
MD
LG