Accessibility links

Ağ Evin izlənmə proqramı ilə bağlı mübahisə yeni forma alıb


Terrorizmdə şübhələnilənlərin vəkilləri bildiriblər ki, prezident Buşun göstərişi ilə sanksiyasız telefon söhbətlərindən müttəhimlərə qarşı istifadə edildiyi təqdirdə məhkəmə işlərinin bağlanmasına çalışacaqlar. Seyfulla Çapmanın vəkili qeyri-qanuni şəkildə telefon dinləmələrindən istifadə 65 il müddətinə azadlıqdan məhrum edilən müştərisinin azadlığına yola aça bilər. Xarıqladaq ki, Seyfulla Çapman Amerikaya qarşı konspirasiya ittihamı ilə həbs edilmişdir. Bruklin körpüsünün partladılması cəhdinə görə ittiham edilən Ohayolu yük maşını sürücüsü İyman Farizin vəkili federal məhkəmədən hökumətə təzyiq göstərib, qanunsuz şəkildə onun telefon söhbətlərinə qulaq asıldığı faktının etiraf edilməsini tələb edir. Beləliklə ilk dəfə olaraq sanksiyasız izləmə göstərişinə görə prezidentin səlahiyyətləri sınağa çəkilir. Eyni zamanda 30-dan artıq qanunverici Buş adminstrasiyasının bu izləmə proqramı ilə bağlı təhqiqata çağırır. ABŞ prezidenti Corc Buş isə bütün göstərişlərinin qanun çərçivəsində olduğunu deyir.
XS
SM
MD
LG