Accessibility links

Pakistan Hindistanın bəyanatlarını qınayır


Pakistan Hindistanın Bəlucistan vilayətində yol verilən zorakılıqlara dair qeydlərini qınayaraq bildirib ki, bu kimi bəyanatlar iki ölkə arasındakı münasibətlərə zərbə endirə bilər. Keçən həftə Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Navtec Sarna Pakistanın təhlükəsizlik qüvvələrilə Bəlucistan tayfaları arasında gedən atışmalara görə narahatlığını bildirərək, bu əməliyyatı “spiral zorakılıqlar” adlandırmışdı. Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Təsnim Aslam müxbirlərə bildirib ki, Hindistan öz işləri ilə məşğul olmalıdır. Qeyd edək ki, son həftələr Pakistan ordusu vertolyotların müşaiyətilə Bəlucistandakı yaraqlıların təlim düşərgələrinə hücumlar etmişdi. Yaraqlılar bu bazalardan hökumət idarələrinə hücum məqsədi ilə istifadə edirlər. Bəluc tayfaları vətənlərində olan mənbələrindən faydalanmaq tələbilə Pakistan hökumətinə qarşı hücumlarını artırıblar. XİN-nin sözçüsü Aslam xəbərdarlıq edərək bildirir ki, Hindistan hökumətinin bu kimi bəyanatları uzunmüddətli Kəşmir münaqişəsinin həlli daxil olmaqla, ölkələr arasındakı münasibətlərə zərər vura bilər.
XS
SM
MD
LG