Accessibility links

Qəzzada polis etirazı davam edir


Qəzza zolağında yüzlərlə polis Fələstin Muxtar İdarəsinin nizam-intizamı bərpa edə bilmədiyinə etiraz olaraq, hökumət idarələrini işğal ediblər. Fələstin polisinin etiraz nümayişi keçən cümə günündən bəri Qəzzada hökumət əleyhinə ikinci böyük nümayişdir. Bu nümayiş hakim “Fəth” partiyasının yüksək vəzifəli üzvlərinin yanvarın 25-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin təxirə salınması barədə müraciət yaydıqları vaxta təsadüf edir. Dünən “Fəth” partiyasının Mərkəzi Komitəsinin üzvü Abbas Zəki prezident Mahmud Abbasa yazdığı məktubda Qəzzada təhlükəsizliyin getdikcə zəifləməsi və İsrailin Şərqi Qüdsdə yaşayan fələstinlilərin parlament seçkilərində iştirakına yol verməyəcəyi barədə hədə-qorxular gəldiyinə dair məlumat verib. Keçən ay İsrail bildirmişdi ki, parlament seçkilərində Həmas qrupunun namizədləri iştirak etsə, Şərqi Qüdsdə yaşayan ərəblərə seçkilərdə iştirak etməyə icazə verməyəcək. Prezident Abbas isə deyib ki, İsrail Şərqi Qüdsün seçicilərinə seçkilərdə iştirakı təmin etməsə, parlament seçkilərinəin təxirə salınması barədə sərəncam verəcək.
XS
SM
MD
LG