Accessibility links

Fransada fövqəladə vəziyyət ləğv edildi


Fransa höküməti iki ay bundan əvvəl ölkəni iğtişaşlar və yanğınlar bürüdüyü bir vaxt elan etdiyi fövqəladə vəziyyəti ləğv edib. Hal-hazırda vəziyyət sabit olsa da,tənqidçilər xəbərdar edirlər ki, qeyri-sabitlik yenidən başlaya bilər. Fransa höküməti fövqəladə vəziyyəti keçən ilin noyabr ayında, son 40 il ərzində baş vermiş ən şiddətli sosial iğtişaş zamanı elan etmişdi. Narahatlıqlar Parisin ətrafındakı ərazidə oktyabr ayında iki nəfər Afrika məşəli qəncin ölümündən sonra başlamış və bütün ölkəni bürümüşdü. Xatırladaq ki, adı çəkilən qənclər polisdən qizlənmək məqsədi ilə enerji transformatoruna daxil olmuş və həlak olmuşlar. Üç həftə davam edən hadisələr zamanı 9000 avtomaşın yandırılmış və 3000 nəfər həbs edilmişdi. Sabahdan ləvği qüvvəyə minəcək fövqəladə vəziyyət Fransa prezidenti Jak Şirak tərəfindən elan edilmişdir. Bu qərara qörə, yerli polisə komendant saatı tədbiq etmək, evlərdə axtarışlar aparmaq və içtimai tədbirləri qadağan etmək səlahiyyəti verilmişdi. Şəhərlərin əksəriyyətində bu ölçülər təbiq edilməsə də, zorakılıqlar nəzərəçarpacaq dərəcədə azalmışdır. Lakin fövqəladə vəziyyət cəmiyyət tərəfindən birmənalı qəbul olunmamışdı. Bəzi insan hüquqları qrupları bunu siyasi bir addım kimi qiymətləndirirlər. Onlar zorakılıq və qəzəbin əsas səbəbini mühacirlər və etnik azlıqlara qarşı ayrı-seçkiliyin nəticəsi hesab edirlər.
XS
SM
MD
LG