Accessibility links

ABŞ-ın Əfqanıstandakı səfiri hücumdan xilas olub


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Amerika səfirinin mərkəzi Uruzqan viləyətinə səfəri zamanı baş vermiş intiharçı hücumu ən azı 10 adamın ölümünə bais olub. Polis xəbər verir ki, hücumçu bombanı bədəninə bağlayaraq özünü Tarin Kot şəhərində hökumət binası qarşısında partladıb. 50-yə yaxın adam yaralanıb, amma səfir və başqa Amerika rəsmiləri xəsarət almayıb. Partlayışdan bir az sonra Taliban sözçüsü telefonla məsuliyyəti öz üzərinə götürüb. Bu həftənin əvvəlində intiharçı hücumu nəticəsində 1 Amerika əsgəri və 2 mülki əfqan vətəndaşı yaralanmışdı. Bu həftənin hücumları son zamanlar Əfqanıstanın cənubunda və mərkəzində Taliban tərəfdarlarının artan hücumlarının sonuncusudur.
XS
SM
MD
LG