Accessibility links

İraqda Hərbi Qüvvələr Günü qeyd edildi


Dünən İraq əsgərləri Birləşmiş Ştatlar hərbi qüvvələrinin nəzarəti altında olan Yaşıl Zonada İraq Hərbi Qüvvələri gününü qeyd edirdilər. Hərbi parad və təntənəli çıxışlar İraqın iki şəhərində 130 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumlarından bir gün sonraya təsadüf edir.

Bağdadın mərkəzindəki məscidin şiə imamı Seyid İdris şiə müsəlmanlarının müqəddəs siması olan İmam Hüseyn barədə danışarkən deyib ki, İmam ona zülm edənlərə qarşı mətanət və dözüm nümayiş etdirmişdi. Çıxışının sonunda İmam İdris bir gün əvvəlki intiharçı hücumlarını İmam Hüseynin və onun məsləkdaşlarının Kərbəlada üzləşdikləri hadisələrlə əlaqələndirdi. İmam İdris onların azadlığın, konstitusiyanın, ədalətin və sülhün düşmənləri olduğunu, İraqdakı yeni qanunları istəmədiklərini dedi. İmam dedi ki, qiyamçıların qanunlarına görə, İraq zülm içərisində, od, alov içərisində olmalıdır.

Cümə axşamı baş verən hücumlara şiələrin münasibəti müxtəlifdir. Cümə günü keçirilən təntənəli yığıncaqda Seyid İdris qana-qanla cavab verilməsinə çağırmadı. O, İraq şiələrinin müqəddəs lideri Ayatullah Əli Əl -Sisyanininin öz davamçılarını dözüm nümyiş etdirməyə çağırdığını və bu hücumların şiələri provakasiyaya sürüklədiyini hesab etdiyini dedi.

Cümə axşamı baş verən hücumlara şiələrin münasibəti müxtəlifdir. Şiələrin siyasi liderləri Birləşmiş Ştatları İraqdakı təhlükəsizlik qüvvələrini sıxışdırmaqda günahlandırırlar. Qeyd edək ki, Iraq polisi tərəfindən həbs edilmiş qanunsuz məhbusları aşkar etdikdən sonra Amerika komandirləri İraqın Daxili İşlər polis dəstələrinə nəzarəti artırmışlar. Bəzi şiə liderləri isə hökumət insanların təhlükəsizliyini qoruya bilmirsə, özlərinin ölçü ğötürəcəklərinə söz veriblər. Karrada məhəlləsinin 50 yaşlı sakini Sabah Huri müsahibəsində gələcəyə ümid bəsləmədiyini deyir. Cənab Nuri deyir ki, əvvəllər o, İraq hökumətinin insanların təhlükəsizliyinə cavabdeh olduğunui düşünürdü. Lakin hal-hazırda o, hökumətin terrorizmə qarşı heç nə edə bilmədiyini deyir.

Bütün bunlarla yanaşı, 11 nəfər Birləşmiş Ştatlar əsgəri daxil edilməklə hücumlar nəticəsində həlak olanların dünən dəfn mərasimi keçirilib.

XS
SM
MD
LG