Accessibility links

Polis işçiləri jurnalistin ölümündə ittiham edilirlər


Bu gün Kiyevdə 2000-ci ildə jurnalist Qeorqi Qonqadzenin qətli ilə əlaqədar üç polis işçisi məhkəmə qarşısına çıxarılıb. Qətllə bağlı digər keçmiş polis zabiti də ittiham edilir. Polislər 31 yaşlı jurnalistin Kiyevdə oğurlanıb qətlində ittiham edilirlər.

Sabiq prezident Leonid Kuçmanın cangüdəni Mikola Melniçenko prezidenti Qonqadzenin qətlinə əmr verməkdə ittiham edib. O, cənab Kuçmanın məxfi danışıqlarını açıqlayıb. Kasetlərin birində səsi prezident Kuçmaya bənzər şəxsin başqa bir rəsmi nümayəndə ilə Qonqadzenin aradan götürülməsini müzakirə etdiyi səslənir.

XS
SM
MD
LG