Accessibility links

Avropa ölkələri İran məsələsinin Təhlükəsizlik Şurasına çıxarılmasını istəyir


Berlində görüşən Avropa ölkələrinin liderləri İranla nüvə proqramı ətrafında müzakirələrin çıxılmaz vəziyyətə düşdüyünü və məsələnin mümkün sanskiyaların tətbiqi ilə BMT-nin Təhlükəsizlik Şurasına ötürülməsinin vaxtı gəlib çatdığını bəyan ediblər. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri bildirirlər ki, məsələyə Təhlükəsizlik Şurasında baxılması üçün Beynəlxalq Atom Enerjisi agnetliyinin idarə heyətinin fövqəladə iclasını çağıracaqlar. Bugünkü görüş zamanı İranın nüvə yanacağı istehsalı üçün fəaliyyətlərə başlamaq qərarı müzakirə edilmişdir. Britaniyanın xarici işlər naziri Cek Strou İranın bu qərarına görə dərin təəssüf hissi keçirdiyini demişdir. ABŞ Dövlət katibi Kondoliza Rays bildirib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramları məsələsinin sanksiyalar məqsədilə BMT-nin Təhlükəsizlik Şurasına verilməsinin vaxtı gəlib çatdığı fikrində Avropa müttəfiqləri ilə razıdır.
XS
SM
MD
LG