Accessibility links

İran sərhəd zonada quşları məhv etməyə başlayıb


İranın səhiyyə işçiləri Avian qripinin qarşısını almaq məqsədilə Türkiyə ilə sərhəd zonada minlərlə quşların məhv edilməsinə başlayıblar. Bu arada Türkiyədə quş qripinin yayılması xəbər verilir. Üç uşaq ötən həftə qripə yoluxaraq vəfat edib.Hazırda 15 adam bu virusla diaqnoz olunub.

Ankarada hökumət nazirləri və quşçuluq sənayesinin rəsmiləri quş qripinin iqtisadi fəsadlarının minimallaşdırılması ilə bağlı müzakirələr aparırlar. Sənaye ekspertlərinin bildiridiynə görə ötən ay Türkiyədə H5N1 virusu aşkar ediləndən bəri toyuq məhsullarının satışı 70% enib.

XS
SM
MD
LG