Accessibility links

Hərbiçilərlə qarşıdurma nəticəsində yaraqlılar qətlə yetirilib


Birləşmiş Ştatlar və əfqan hərbiçiləri iki qarşıdurma zamanı militant olmaqda şübhəli bilinən azı səkkiz nəfəri qərlə yetirmişlər. Əfqanıstanın Müdafiə nazirliyinin rəsmiləri bildiriblər ki, Əfqanıstanın Paktia vilayətində iki qiyamçı qətlə yetirilmişdir. Toqquşma silahlılar hərbi hissəyə hücum edərkən baş vermişdir. Paktia hadisəsi Uruzqan vilayətində altı nəfərin ölümü ilə nəticələnən qarşıdurmadan bir gün sonraya təsadüf edir. ABŞ və ya əfqan əsgərlərinin yaralanması barədə məlumat verilməyib.

Digər məlumatda bildirilir ki, Qəndəhar vilayətində Molla Xaksar bir silahlı tərəfindən qətlə yetirilib. Qeyd edək ki, Molla Xaksar Taliban reyimi zamanı daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Xostda isə Eid Əl Adha müsəlman festivalı qeyd edilərkən bomba hücumu nəticəsində 22 nəfərin yaralandığı xəbər verilir.

XS
SM
MD
LG