Accessibility links

Küveytə yeni əmir seçildi


Küveytin uzun-müddətli əmiri Şeyx Cabir əl Əhməd əl Sabah öldükdən dərhal sonra bu gün Küveyt kabineti Şahzadə Şeyx Saad əl-Abdulla əl Sabahı kral seçib. Kabinetin bəyanatına görə Şeyx Saadın kral seçilməsi konstitusiyada əks olunmuş qaydalara uyğun gəlir. Şeyx Cabrinin ölümü bu gün Küveytin dövlət televiziyasında elan edilib. Hökumət 40 günlük matəm elan edib və dövlət idarələri 3 gün müddətində bağlı qalacaq. Mərhum əmir Küveyti 250 il ərzində idarə etmiş sülalənin 13-cü nümayəndəsidir və o, hakimiyyətə 1977-ci ilin sonuncu günü gəlmişdi.

XS
SM
MD
LG