Accessibility links

Ariel Şarona xüsusi tibbi əməliyyat aparılacaq


İsrail həkimləri deyirlər ki, baş nazir Ariel Şaronun respiratordan çıxarılması üçün trakeotomi adlanan xüsusi tibbi əməliyyat aparılacaq. Doktorların məlumatına görə prosedurdan əvvəl cənab Şaron tibbi komada kritik lakin sabit durumda qalmaqdadır. Məlumata əsasən o, əvvəlcə narkoz altına qoyulacaq və sonra onun boyun nahiyəsində dəlik açılaraq nəfəsvermə naqili birbaşa nəfəs borusuna yerləşdiriləcək. Haddasa Universitetinin Hospitalındakı ekspertlər bu əməliyyatın vacib olduğunu bildirirlər. Belə ki, süni respiratorda çox qalmaq cənab Şaronun boğazına zərər verə bilər.
XS
SM
MD
LG