Accessibility links

Türkiyədə quş qripindən yenə ölən olub


Türkiyə rəsmiləri bildirirlər ki, 12 yaşlı Fatma Özcan Van şəhərində quş qripi virusundan dünyasını dəyişib. Onu 5 yaşlı qardaşı ilə birlikdə bir neçə gün əvvəl xəstəxanaya aparmışdılar. Fatmanın qardaşının vəziyyətinin ağır olduğu bildirilir. Keçən həftə Van şəhərinin yaxınlığında bir ailədən üç nəfərin ölümü daxil edilməklə 18 nəfərin H5N1 virusa tutulduğu bildirilir.

Ümumdünya Səhhiyyə Təşkilatı qeyd edir ki, H5N1 virusunun insandan insana keçməsi barədə indiyə qədər dəlil əldə olunmayıb. H5N1 virusunun ilk dəfə 2003-cü ildə Cənubi Asiyda aşkar edildiyi və bu virusa yoluxma nəticəsində orada 70-dən çox adamın öldüyü bildirilir.

XS
SM
MD
LG