Accessibility links

ABŞ prezidenti Çilinin yeni liderini təbrik edib


ABŞ prezidenti Çorc Buş Çilinin ilk qadın prezidenti Mişel Başeleni qələbəsi münasibəti ilə təbrik edib. Ağ Ev sözçüsünün bildirdiyinə görə, prezident Buş xanım Başeleyə zəng edərək ona birgə işləmələrini səbirsizliklə gözlədiyini deyib. Nümayəndə telefon söhbəti zamanı regionda idarəçiliyin inkişafı naminə bərabər çalışmağın vacibliyinin vurğulandığını qeyd edib. Xatırladaq ki, Çilinin yeni prezidenti səslərin 53 faizini əldə etməklə qələbə qazanmışdır. Sosialist xanım Başele həkim, biruşaqlı tək ana və keçmiş siyasi dissidentdir.
XS
SM
MD
LG