Accessibility links

Britaniya ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatını gizlətməyəcəyini bildirib


Britaniyanın xarici işlər naziri Cek Strou bu gün parlament qarşısında bildirib ki, hökumət Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin terrorçuluqda şübhələnilənlərin köçürülməsi ilə bağlı məlumatını gizlətməyəcək. Qeyd edək ki, ABŞ-ın şübhəlilərin köçürülməsi ilə bağlı dörd müraciəti barədə Britaniya hökumətinin məlumatı ictimaiyyətə sızmışdır. Bu müraciətlərdən ikisi 1998-ci ildə edilmişdir.

Xarici işlər naziri Strou Britaniyanın 2001-ci il sentyabrın 11-i hadisələrindən sonra heç bir köçürülmənin həyata keçirilmədiyini bildirib. Bu müraciətlər terrorçuları daşıyan Mərkəzi Kəşfiyyat Agentlirinin təyyarələrinin Britaniya hava limanlarında yanacaq doldurulması məqsədi ilə dayanmasından sonra olmuşdur.

XS
SM
MD
LG