Accessibility links

Albanların Müstəqillik hərəkatının atası vəfat edib


Kosovanın prezidenti İbrahim Ruqova dünən ağ ciyər xərçəngindən vəfat etdi. Kosovanın müstəqillik hərəkatının atası hesab edilən Ruqovanın 61 yaşı var idi. Həddindən artıq çox siqaret çəkən cənab Ruqovaya xərçəng diaqnozu 2005-ci ilin sentyabr ayında qoyulmuşdu. Almaniyada müalicə olunduqdan sonra Priştinaya qaydan Ruqova öz həmkarlarına prezidentlikdən istefa verməyəcəyini bildirmişdi.

Kosova 1999-cu ildən BMT tərəfindən idarə edilməyə başlamışdı. Həmin il NATO Serbiya qüvvələrinin təzyiqləri altında olan albanların müdafiəsinə qalxmışdı. 78 gün sürən bombardmandan sonra sebrlərin əksəriyyət təşkil etdiyi Yuqoslaviya hökuməti qüvvələrini geri çəkmişdi.

Priştinadakı Alban Dili Ədəbiyyatı Universitetində ədib və tənqidçi, bir çox elmi əsərin müəllifi olan professor Ruqova çox mülayim bir ziyalı idi. O, siyasi fəaliyyətə 1989-cu ildən başlamış, elə o zaman da Kosovanın ən böyük siyasi partiyası - Kosovo Demokratik Liqasını təsis etmişdi.

Nyu York Taymsın Balkanlar üzrə müxbiri Deyvid Baynder cənab Ruqova ilə ilk dəfə 1990-ci ilin əvvəlllərində tanış olmuşdu. O deyir ki, Rugozo Kosovonun müstəqilliyi uğrunda müzariz kimi xatirələrdə yaşayacaq, Cənab Ruqovanın boynuna həmişə ipək şarf taxardı. Devid Baynder bunun müstəqilliyin rəmzi olduğunu deyir.

Cənab Ruqovanın vəfatı Kosovanın gələcək statusu barədə danışıqların aparıldığı vaxta təsadüf edir. Beynəlxalq Böhran Qrupunun təşkilatçılarından və qlobal məsələlərin müstəqil araşdırmalrını aparan Birləşmiş Ştatların təqaüddəki diplomatı Mort Abramovitz cənab Ruqovanı əhalisinin 90 fazini etnik alabnların təşkil etdiyi Kosovada vəhdət yaradan şəxsiyyət adlandırır.

XS
SM
MD
LG