Accessibility links

Şiə lideri sünni ərəbləri yaraqlılarla mübarizəyə çağırıb


İraq şiələrinin liderləri sünni ərəbləri qiyamçılara qarşı mübarizə armağa çağırdıqları vaxt militantlar Bağdadın şimalında azı 9 nəfəri qətlə yetiriblər.

İraqın müvəqqəti parlamentinin sədr müavini və şiələrin tanınmış liderlərindən biri Həsən Əl Şəhristani vəzifəsindən istefa verərkən deyib ki, sünni ərəblərin siyasi partiyaları terrorçuluğu daha çox pisləməlidirlər. Onlar sünni ərəblərin yaşadıqları bölgələrdə yaraqlılara qarşı mübarizə aparmalıdırlar. Cənab Həsən Əl Şəhristani həmçinin deyib ki, onun başçılğıq etdiyi Birlik Alyansı İraq konstitusiyasının nəzərdən keçirilməsinə yardım edə bilər.

Sünni ərəblərin siyası partiyalarının başlıca tələbləri əsas qanunu yenidən nəzərdən keçirməkdir. Sünni Ərəblərin siyasi partiyaları vahid milli hökumətin təşkili üçün şiə və kürdlərlə danışıqlar apardığını bildirirlər. Onlar həmçinin qeyd ediblər ki, Milli Məclis seçkilərinin nəticələri barədə Ədliyyə Komissiyasına şikayət edəcəklər.

Bu arada İraq polisi bildirir ki, yaraqlıların Balad Ruz şəhərindəki bir polis evinə raketlə hücum etmələri nəticəinsdə pollisin qardaşı və dörd gənc həlak olub.Baquba şəhərində isə polisin keşik məntəqəsinin yaxınlığında mina partlayışı nəticəsində 4 polis həlak olub, 9-u isə bədən xəsarəti alıb.

Reyter Xəbərlər Agentliyi bildirir ki, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri agentliyə işləyən 30 yaşlı İraq jurnalisti Samir Məhəmməd Nuru 8 ay həbsdə saxladıqdan sonra bu gün azad ediblər. Amerika əsgərləri jurnalisti keçən iyunda Tal Afar şəhərindəki evində nəzarət altına almış və ona qarşı heç bir ittiham irəli sürülməmişdi.

XS
SM
MD
LG