Accessibility links

Fələstin parlament seçkilərində islamçı militant qrup Həməs qələbə çaldı


Fələstin parlament seçkilərində islamçı militant qrup Həməs qələbə çaldı. Fələstinin Mərkəzi Seçki Komissiyası Həməsin parlamentdə 132 yerdən 76-ı qazandığını bəyan edib. Fətah partiyası çərşənbə günü keçirilmiş seçkilərdə yerlərin 43-ü alıb. Rəsmi nəticələrin elan edilməsindən bir neçə saat əvvəl Fələstinlilərin baş naziri Əhməd Quriya və onun kabeniti istefa verib. Rəsmilərin bildiriyinə görə, Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasın Həmasdan hökuməti təşkil etməsini istəyəcyi gözlənilir. İsraillilərə qarşı intihar hücumları həyata keçirən Həmas qrupu İsrail və Birləşmiş Ştatlar tərəfindən terror təşkilatı kimi tanınır.
XS
SM
MD
LG