Accessibility links

Kansler Merkel Həmasın üzvləri ilə danışıqlara getməyəcəyini bildirib


Almaniyanın kansleri Angela Merkelin bazar günü, yanvarın 28-i İsrailə və işğal olunmuş ərazilərə gedəcəyi, lakin bu həftə Fələstin seçkilərində qələbə çalmış Həmas İslam militant qrupunun üzvləri ilə görüşməyəcəyi bildirilir.

Kanslerin sözçüsü deyib ki, xanım Merkel bazar günü İsrailin baş naziri vəzifəsini yerinə yetirən İhud Olmetlə, bazar ertəsi isə Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. Sözçü eləcə də bildirib ki, İsrailin mövcudluq hüququnu tanıdığı, tərksilah olduğu və beynəlxalq ictimaiyyətin sülh prosesini dəstəklədiyi təqdirdə Almaniya Həmasla danışıqlara gedə bilər.

XS
SM
MD
LG