Accessibility links

ABC-nin əməkdaşları İraqda yaralanıblar


İraqda Amerikanın ABC televiziya şirkətinin müxbiri Bob Voodruff və operator Doug Vogt bomba partlayışı nəticəsində ağır yaralanıblar. ABC televiziya şirkəti bildirir ki, Bob Vudruff və Doug Vogt maşınla Bağdad ətrafındakı İraq ordusunun bazası yaxınlığında ikən bomba partlayışı baş verib. Xəbər şirkətinin məlumatına görə onlar ağır vəziyyətdə Amerika hərbi xəstəxanasına aparılıblar. Cənab Voodruff bu yaxınlarda ABC-nin tanınmış aparıçısı Peter Jenningsin vəfatından sonra Dünya Xəbərlər Programmının aparıçısı təyin edilmişdi.

İraq rəsmiləri Səddam Hüseyn və onun 7 silahdaşının məhkəməsinə çərşənbə gününədək fasilə veriblər. Belə ki, müttəhimlərdən bəzisi və vəkillər yeni təyin edilmiş hakimə etirazlarını bildirirərək, məhkəmə zalını tərk etmişlər. Narazılıq hakimin İraqın keçmiş Kəşfiyyat İdarəsinin rəisi və Səddam Hüseynin anadan bir qardaşı Barzan İbrahim Əl-Tikritinin vəkili onun səhhətilə bağlı uzun-uzadı bəyanatını kəsdikdən sonra, Səddam Hüseyn, onun vəkili və iki müttəhim zalı tərk etmişlər.

XS
SM
MD
LG