Accessibility links

Rusiya Gürcüstana qazın nəqlini bərpa edib


Gürcüstanın baş naziri Zurab Noqaideli bildirir ki, qaz kəmərlərinin təmirindən sonra Rusiyadan təbii qazın nəqli bərpa edilib. Bu gün qaz nəqlinin bərpa edilməsinə baxmayaraq, rəsmilər təchizatın bir həftəyədək normal olmayacağı barədə xəbərdarlıq veriblər. Qeyd edək ki, ilin ən böyük enerji böhranına görə Tbilisi və Moskva arasında gərginlik davam etməkdədir.

Bu gün Rusiyanın xarici İşlər nazirliyi Gürcüstanın səlahiyyətli nümayəndələrini ABŞ-ın Gürcüstandakı səfirliyini qazla təmin etməməkdə günahlandırıb. Eyni zamanda Gürcüstan rəsmiləri qaz kəməriləri təmirinin uzadılmasında Rusiyanı ittiham edib.

XS
SM
MD
LG