İraqın səhiyyə naziri Abdel Mütalib Məhəmməd bu ay vəfat edən kürd qızının quş qripi virusuna yoluxduğu təsdiq edilib. Beləliklə bu, H5N1 virusunun qeydə alındığı ilk haldır. Qeyd edək ki, iki həftə əvvəl Ümumdünya Səhiyyə Təşkilatı testlərin neqativ nəticələr verdiyini elan etmişdi. 17 yaşlı qız Türkiyə və İranla sərhəddə yerləşən Süleymaniyyə şəhərində yanvar ayının 17-də dünyasını dəyişmişdir.