Müharibə müxbirliyi dünyda ən təhlükəli peşələrdən biridir. Dünyanın jurnalistlər üçün ən təhlükəli bölgəsi isə İraq və yaxın Şərqdir. Amerikanın 3 il əvvəl İraqı işğal etməsindən bəri onlarla jurnalist girov götürülmüş, yaralanmış və ya öldürülmüşdür.
Sərhədssiz reportyorlar qrupunun bildirdiyinə görə, 2003-cü ildən bəri İraqda 79 müxbir və digər mətbuat işçiləri öldürülmüşdür. Bunlara Almaniya, Amerika, İran, İraq, Britaniya və Avstarliya jurnalistləri daxildir. Vyetnam müharibəsi dövrü isə 63 jurnalit həlak olmuşdu.
Sərhədsiz Reportyorlar Təşkilatı İraqda müharibənin başlandığından bəri 31 jurnalistin girov götürüldüyünü bildirir. Amerikalı jurnalist Cill Karolun taleyi hələ də bəlli deyil. Media təhlilçiləri İraqda hələ bir çox jurnalistin öldürüləcəyini deyirlər.